AZ

Növbəti köç karvanı Cəbrayıla çatdı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

 

Sfera.az xəbər verir ki, bu mərhələdə 33 ailə (183 nəfər) Cəbrayıl şəhərinə köçürülüb.

 

Doğma yurduna qayıdan Ruslan Mahmudov təəssüratlarını bölüşüb: "Bundan gözəl hiss ola bilməz. Çox sevinirəm ki, ana yurduma qayıdıram. Prezident İlham Əliyev də çox sağ olsun ki, torpaqlarımıza qayıtmaq üçün şərait yaratdı".

 

Qeyd edək ki, bu günədək Cəbrayıl şəhərinə 512 ailə (2 293 nəfər) köçürülüb.

 

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Seçilən
42
49
sfera.az

10Mənbələr