Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Korrespondent.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, fevralın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 5 tapança, 4 qumbara, 12 tüfəng, 7 patron darağı və 1565 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.