AZ

Roma Papası səhhəti ilə əlaqədar taxtdan imtina edə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Roma Papası Fransisk taxtından imtina edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə kardinal Canfranko Ravasi "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, papanın səhhəti ilə bağlıdır.
Bununla belə, Canfranko Ravasi əlavə edib ki, Roma Papası bu il Roma Katolik Kilsəsinin qeyd etdiyi Xristianlığın Yubiley ilini başa çatdırmaq niyyətindədir.
Qeyd edək ki, fevralın 19-da Roma Papası Fransiskin ikitərəfli pnevmoniyaya yoluxduğu məlum olub. 88 yaşlı pontifik hazırda xəstəxanada müalicə alır.
Seçilən
15
oxu.az

1Mənbələr