AZ

UEFA Millətlər Liqası: Qadın millimiz ilk matçına çıxacaq

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün keçirəcək.

C Liqasının IV qrupunda mübarizə aparan milli komanda Bakıda Monteneqronu qəbul edəcək.

Qarşılaşma “Liv Bona Dea Arena”da, saat 15:00-da start götürəcək. Görüşün baş hakimi qazaxıstanlı Tatyana Sorokopudova olacaq.

Qeyd edək ki, C Liqasının IV qrupunda Litva kollektivi də mübarizə aparır.

Seçilən
18
2
cbcsport.az

3Mənbələr