Bir müddət əvvəl imicini dəyişərək sarışın olan Sibel Can saçlarını yenidən köhnə rənginə boyayıb
Sherg.az türk mediasına istinadən xəbər verir ki, tanınmış müğənni Sibel Can övladları Engincan Ural və Emir Aksütlə birlikdə Londona istirahətə yollanıb. Övladları ilə xoş gün keçirən məşhur müğənni əvvəlcə bir məkanda şam yeməyi edib.
Sibel Can daha sonra uşaqları ilə birlikdə şəhəri gəzmək üçün metroya minib. O, metronu gözləyərkən oğlu Engincanın çəkdiyi şəkli sosial media hesabında yayımlayıb.
Paylaşımda diqqət çəkən əsas detal isə Sibel Can bir müddət əvvəl sarıya boyadığı saçlarını köhnə rənginə qaytarması olub.