AZ

Azərbaycan basketbol liqasında dominantlıq etmək istəyirəm”

NTD-nin basketbolçusu Kevin Allen Azərbaycan klubuna transferini dəyərləndirib.

Fanat.Az xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə açıqlamasında belə deyib:

“NTD-yə keçməmişdən əvvəl mən İordaniya klubunda oynayırdım. Danışıqlar bir neçə həftə davam etdi. Mən məşqçi və klubun meneceri ilə danışdım. Onlar mənə Azərbaycana gəlmək imkanından bəhs etdilər. Mən ilk dəfədir Azərbaycandayam. Gəlməzdən əvvəl ölkə və klub haqqında müəyyən məlumatlar öyrəndim. Deyə bilərəm ki, klub haqqında çox müsbət rəylər eşitmişəm. NTD yaxşı komandadır və pley-offa çıxa bilər. Şəxsi məqsədlərimə gəldikdə isə, mən Azərbaycan basketbol liqasında dominantlıq etmək və çempion olmaq istəyirəm”.

Seçilən
12
4
fanat.az

5Mənbələr