Bu gün İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında Çemponlar Liqasının (ÇL) püşkü atılır.

Offsideplus.az xəbər verir ki, püşkatma mərasimində öncə 1/8 final mərhələsində qarşılaşacaq cütlüklər müəyyənləşib. Eyni zamanda 1/4 və yarımfinal mərhələləri üçün potensial cütlüklər bilinəcək.

Mərasimdən qabaq ÇL-də yarışan 16 komanda "səpələnmişlər" və "səpələnməmişlər"ə ayrılıb.

"Səpələnmişlər" (əsas mərhələdə 1-8-ci yeri tutanlar):

"Arsenal", "Aston Villa", "Atletiko", "Bayer", "Barselona", "İnter", "Liverpul", "Lill"

"Səpələnməmişlər" (1/16 finalı adlayanlar):

"Bavariya", "Benfika", "Borissiya" D., "Brügge", PSV, PSJ, "Real", "Feyenoord"

1/8 final cütlükləri

1. PSJ - LİVERPUL

2. BRÜGGE - ASTON VİLLA

3. REAL - ATLETİKO

4. PSV - ARSENAL

5. BENFİKA - BARSELONA

6. BORUSSİYA D. -LİLL

7. BAVARİYA - BAYER 

8. FEYENOORD - İNTER

1/4 final cütlükləri:

9. 1-ci cütün qalibi - 2-ci ütün qalibi

10. 3-cü cütün qalibi - 4-cü cütün qalibi

11. 5-ci cütün qalibi - 6-cı cütün qalibi

12. 7-ci cütün qalibi - 8-ci cütün qalibi

1/2 final cütlükləri:

13. 9-cu cütün qalibi - 10-cu cütün qalibi

14. 11-ci cütün qalibi - 12-ci cütün qalibi

Final

13-cü cütün qalibi - 14-cü cütün qalibi

1/8 final mərhələsinin oyunları 4-5 mart və 11-12 martda keçiriləcək. Çempionlar Liqasının finalı mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq.