AZ

Azərbaycanda propen istehsalı 27%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 13,8 min ton propen(propilen) istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin yanvarındakıgöstərici ilə müqayisədə 2,9 min ton və ya 26,6% çoxdur.

Cari ilin fevralın 1-nə hazır məhsul ehtiyatı 0,8 min ton təşkiledib ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 0,3 min ton və ya27,3% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda kimya sənayesi,əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarınınistehsalı sahələrində 185,3 milyon manatlıq məhsul istehsaledilib.

Məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə kimyasənayesi məhsullarının istehsalı 35,9 faiz artmış, əczaçılıqməhsullarının istehsalı 30,2 faiz, rezin və plastik kütləməmulatlarının istehsalı isə 3,7 faiz azalıb.

Seçilən
11
az.trend.az

1Mənbələr