AZ

İcra başçısının köməkçisi döyülüb - İH baş verən hadisə barədə açıqlama yaydı

Sabirabad Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi şəhidi Elgiz Abbaslının atası Fuad Abasovun İcra Hakimiyyətinin binasında özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

Açıqlamada o da iddia edilib ki, ata qızının xəbəri olmadan qurumdan onun adı ilə pul tələb edib: “Fevralın 19-da Sabirabad rayonunun Cavad kənd sakini, Vətən Müharibəsi şəhidi Elgiz Abbaslının atası Fuad Abasov Sabirabad RİH-yə müraciət edərək hamilə qızını həkiminin tövsiyəsi ilə Bakı şəhəri “Bona Dea” Hospitalına müayinəyə aparması ilə əlaqədar vəsait tələb edib. “Bona Dea” Hospitalının həkimi B.Əliyev, həm də F.Abasovun qızı ilə əlaqə saxlanılıb, hər iki şəxs müayinə ilə bağlı məlumatsız olduğunu bildiriblər. 

Sabirabah RİH-dən, həmçinin bildirilib ki, F.Abasov keçmiş məhkumdur: “F.Abasov 1992-ci ildə oğurluq etdiyinə görə məhkum olunub, 2023-cü ildə isə Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə barəsində cinayət işi açılıb və narkotik vasitələrinin istifadəçisi kimi İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsı) ilə cərimə olunub. Ödəyəcəyi 300 manat məbləğində cərimə də rayon İcra Hakimiyyəti tərəfindən ödənilib. 

Seçilən
24
2
mia.az

3Mənbələr