“Ukrayna döyüşlər zamanı 700 minə yaxın insan itirib”.
Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Florida ştatında keçirdiyi brifinqdə deyib.
“Çox güman ki, Ukrayna müharibədə 700 min insan itirib. Biz peyklər vasitəsilə döyüş meydanında cəsədləri və bədən hissələrini görürük. Zelenski pis işləyir. Onun xalqı boş yerə ölür”, - Amerika lideri bildirib.
Onun sözlərinə görə, Ukraynada baş verənlər ona 1863-cü il iyulun 1-3-də baş vermiş Amerika vətəndaş müharibəsinin ən qanlı döyüşü olan Gettisberq döyüşünü xatırladır.
“Biz ümid edirik ki, tezliklə atəşkəs elan olunacaq", - o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Tramp Ukraynada prezident seçkilərinin keçirilməsinə çağırıb. Onun sözlərinə görə, Ukraynanın hazırkı liderinin reytinqi aşağıdır və bu, dörd faizi ötmür.
Öz növbəsində Zelenski Trampın dörd faizlik reytinqlə bağlı açıqlamalarını dezinformasiya adlandırıb.
Yeniavaz.com