Bakıda avtobus piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü İlqar Əliyevin idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçmək istəyən piyada 1973-cü il təvəllüdlü Zahid Xibabayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Leqal.info