AZ

Putindən zəruri kimyəvi element zarafatı: “Pula da ehtiyacımız var”

Rusiya Prezidenti Vladimir Putin pulu kimyəvi elementlər sırasında sayıb.

Yenicag.az RİA-ya istinadən xəbər verir ki, Gələcək Texnologiyalar Forumunun plenar iclasında iştirak edən Putin müzakirələr zamanı etdiyi zarafatla diqqət çəkib.

Belə ki, Kurçatov İnstitutu Milli Tədqiqat Mərkəzinin rəhbəri Mixail Kovalçuk hər hansı bioloji maddənin, o cümlədən insanların mövcudluğu üçün zəruri olan əsas kimyəvi elementləri  – hidrogen, oksigen, karbon və azot – sıralayıb.

Bu zaman Putin zarafatla: “Hələ pula da ehtiyacımız var”, – dey bildirib. Onun bu zarafatı gülüşə səbəb olub.

Seçilən
22
yenicag.az

1Mənbələr