AZ

“TAP Italia” Ekoloji İdarəetmə və Audit Sistemi sertifikatını əldə edib

"TAP Italia" şirkəti EMAS sertifikatını (Ekoloji İdarəetmə və Audit Sistemi) əldə edib. Bu, Avropa İttifaqı tərəfindən təşkilatların ətraf mühitə təsirini idarə etməsi və monitorinqi üçün yaradılmış könüllü ətraf-mühitin mühafizəsi alətidir. Həmçinin bu sistem təşkilatların ekoloji bəyannamələr şəklində məlumatları dərc etməsinə imkan yaradır.

Bu barədə Trend "TAP AG"yə istinadən xəbər verir.

"Qazanılan bu uğur, TAP-ın ən yüksək dayanıqlı inkişaf standartlarına riayət etməyə və ekoloji səmərəliliyi artırmağa can atdığını vurğulayır", - deyə konsorsiumda bildirilib.

Ekoloji problemləri aktiv şəkildə həll edən təşkilatlar daim öz dayanıqlığını yaxşılaşdırmağın yollarını axtarır. EMAS ətraf mühitə təsirin qiymətləndirilməsi, təkmilləşdirilməsi və şəffaf hesabatlılıq üçün strukturlaşdırılmış əsas təqdim edir.

 

Tətbiq olunmağa başladığı 1995-ci ildən etibarən EMAS öz ekoloji məsuliyyət səviyyəsini artırmağa can atan şirkət və müəssisələr üçün könüllü idarəetmə aləti kimi xidmət göstərir.

EMAS-ın tətbiqi yalnız dayanıqlı inkişafa töhfə verməklə kifayətlənmir, həm də maliyyə və əməliyyat üstünlükləri qazandıraraq maraqlı tərəflər və cəmiyyət qarşısında hesabatlılığı artırır.

Qeyd edək ki, Transadriatik Boru Kəməri (TAP) Azərbaycanın təbii qazını Avropaya nəql edən Cənub Qaz Dəhlizinin sonuncu seqmentidir. Boru kəmərinin ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr təşkil edir və bu həcm 20 milyard kubmetrədək artırıla bilər.

Seçilən
10
1
day.az

2Mənbələr