AZ

Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib

Bakı. Trend:

Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik vəbacarıqlarını artırmaq, eksperimental şəraitdə daha səmərəlifəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli MüdafiəUniversitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloji təlimkeçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, əvvəlcə xalqımızın ÜmummilliLideri Heydər Əliyevin və ölkənimizin ərazi bütövlüyü uğrunda şəhidolanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AzərbaycanRespublikasının Dövlət Himni ifa olunub.

Qardaş Türkiyə Respublikasından dəvət edilmiş psixoloqlar"Psixologiyanın əsasları", "Travmada neyropsixoloji yanaşmalar","Patologiya olmayan psixoloji problemlər", "Trans altındapsixoterapiya üsulları" mövzularında dinləyicilərə ətraflı məlumatçatdırıblar.

Təlim zamanı dinləyicilərin iştirakı ilə praktik çalışmalaryerinə yetirilərək əldə olunan biliklər möhkəmləndirilib.

Təlimdə planlaşdırılmış mövzuları əhatə edən psixologiyanınfundamental prinsipləri, insan davranışlarının elmi izahı vəpsixoloji müdaxilə üsulları barədə məlumat verilib, döyüş vəekstremal şəraitdə travma yaşayan hərbi qulluqçuların psixolojivəziyyətinin neyropsixoloji aspektləri və onlara effektiv dəstəkmetodları izah edilib, hərbi qulluqçular arasında geniş yayılmış,lakin klinik patologiya hesab edilməyən psixoloji problemlərinkorreksiya yolları müzakirə edilib. Həmçinin dərin psixolojiproblemlərin aradan qaldırılmasında psixoterapiyada transvəziyyətindən istifadənin effektivliyi və tətbiq metodları izaholunub.

Məqalədə:
Seçilən
30
6
az.trend.az

7Mənbələr