AZ

Şaxtalı havada maşını soyuqdan necə qorumalı?

Son günlər ölkədə şaxtalı və qarlı hava şəraiti hökm sürür.

Havaların həddən artıq soyuq keçməsi insan sağlamlığı ilə yanaşı, şəxsi avtomobillərə də zərər vurur. 

Avtomobil ustası Nadir Əliyev Hit.az-a deyib ki, qış aylarında mühərrik və elektrik kabellərinə nizamlı olaraq nəzarət edilməlidir:

 “Qış aylarında qısa məsafələrdə avtomobillərdən istifadə edilməməsi məsləhətdir. Soyuq havalarda mühərrikin hərəkətli parçalarında olan aşınmalar yüksək səviyyədə olur ki, bu da akkumlyatora zərər verir. Radiatorda antifriz miqdarı kafi deyilsə, radiatorla yanaşı mühərrik də dona bilər. Donmuş bir mühərrikin içindəki bütün mayelər təkrar əriyənə qədər işlədilməməlidir. Əks təqdirdə, avtmobili işə saldığınız zaman mühərrik zərər görəcək. Radiator sistemindəki soyutma mayesinin donma nöqtəsini - 25 dərəcədə tutulması vacibdir. Şaxtalı havalarda soyuğun və nəmin təsirindən maşının qapıları və kilit sistemi də dona bilər”.

Sevinc

Seçilən
25
hit.az

1Mənbələr