AZ

Tramp: Aİ Ukraynadakı münaqişəni dayandırmaq üçün heç nə etməyib

Avropa Ukraynadakı münaqişənin aradan qaldırılması üçün heç nə etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp vurğulayıb.

"Amma onlar da heç nə etməyiblər. Müharibə davam edir. Rusiya ilə danışıqlar yoxdur", - Amerika lideri Ukrayna ilə bağlı vəziyyətdə Avropanın hərəkətsizliyini şərh edərkən deyib.

Tramp müsahibəsində Kiyevin də eyni hərəkətsizliyinə diqqət çəkib.

ABŞ administrasiyasının rəhbəri gələn həftə Vaşinqtonda Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşməyi planlaşdırdığını xatırladıb.

Seçilən
14
46
operativmm.az

10Mənbələr