AZ

Sabah İsrail həbsxanalarından 600-dən çox fələstinli azad ediləcək


Fevralın 22-də Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində ən azı 602 fələstinli məhbus, o cümlədən ömürlük həbs cəzası almış 50 nəfər İsrail həbsxanalarından azad ediləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə HƏMAS-a bağlı Məhbusların İşləri İdarəsi məlumat yayıb.
“İsraillə razılaşma çərçivəsində ömürlük həbs cəzasına məhkum edilmiş 50 nəfər, uzun müddətə azadlıqdan məhrum edilən 60 nəfər, təkrar həbs edilən 47 nəfər və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan Qəzza zolağının 445 sakini şənbə günü sərbəst buraxılacaq”, - məlumatda bildirilir.
Seçilən
9
6
yeniavaz.com

7Mənbələr