AZ

Balakəndə 4 otaqlı fərdi yaşayış evi yanıb - VİDEO

Balakən rayonunun Katex kəndində kənd sakininə məxsus ev yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 17 radələrində kənd sakini Ruslan İbrahim oğlu Balammədova məxsus, ümumi sahəsi 200 kv/m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Balakən və Zaqatala rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və şəxsi heyətləri cəlb olunub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyalarının bir qismi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
2
4
apa.az

5Mənbələr