AZ

Ledi Qaqadan daha bir rekord

Pop musiqisinin ulduzu Ledi Qaqa qadın ifaçı kimi Spotify tarixində yeni rekorda imza atıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, onun yeni sinqlı "Abracadabra" ilə dünya musiqi səhnəsinə geri dönüşü qlobal auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Qaqa bu nəticə ilə Ariana Qrandenin əvvəlki rekordunu geridə qoyaraq, aylıq ən çox dinləyici toplayan qadın sənətçi adına sahib olub. Hal-hazırda Ledi Qaqanın Spotify-da aylıq 123.736.959 dinləyicisi var. Bu göstərici ilə o, yalnız iki digər musiqiçi - Bruno Mars və The Weeknd-dən geri qalır.

Xatırladaq ki, bundan əvvəl Ariana Qrande dekabr ayında Taylor Swift-in 116 milyon aylıq dinləyici rekordunu qıraraq, qadın sənətçilər arasında zirvəyə yüksəlmişdi.

Ledi Qaqanın bu uğuru, onun dünya musiqi sənayesindəki möhtəşəm təsirini bir daha sübut edir və pərəstişkarlarının həyəcanla gözlədiyi yeni layihələrinin siqnalı kimi qiymətləndirilir.

Fidan
Milli.Az

Seçilən
7
2
milli.az

3Mənbələr