Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə hadisə Bakı Qazax yolunun Goranboy rayonu ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan təcili tibbi yardım avtomobili yolu keçmək istəyən 21 yaşlı C. Orucovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qeyd edək ki piyadanı vuran təcili tibbi yardım avtomobilidir.
Faktla bağlı araşdırma aparılır.