AZ

ADY: "Qatarların qrafikində dəyişiklik ola bilər"

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarları qarlı-çovğunlu hava şəraitinə baxmayaraq, qrafik üzrə hərəkətini davam etdirir.

Demokrat.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, hava şəraiti, xüsusilə yağıntının miqdarı və küləyin gücü nəzərə alınaraq qatarların sürət həddi təhlükəsiz hərəkəti təmin edəcək şəkildə tənzimlənir.

Bu səbəbdən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.

Seçilən
14
15
demokrat.az

10Mənbələr