AZ

Azərbaycanda mina qurbanların sayı 383 nəfərə çatdı

Ermənistan tərəfinin Azərbaycan ərazilərinə fərq qoymadan yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir.

Heftelik.az xəbər verir ki, bu sözlər Xarici İşlər Nazirliyinin bu gün Xocalıda baş vermiş mina partlayışı ilə bağlı açıqlamasında deyilir.

Açıqlamada qeyd olunur ki, Xocalı rayonunda minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsinin sonundan bu yana qurbanların sayı 383 nəfərə çatıb.

İnsidentin baş verdiyi yer Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən çox-çox kənara mina yerləşdirməsinin daha bir sübutudur.

Qeyri-adi humanitar fəsadları və minalanmış ərazilərin qalmasının sülh və barışıq səyləri üçün yaratdığı çətinlikləri nəzərə alaraq, Azərbaycan minaların təmizlənməsində beynəlxalq ictimaiyyətin dəstəyinə güvənir.

Seçilən
3
5
heftelik.az

6Mənbələr