AZ

"Bybit"kriptovalyuta birjasından 1 milyard dollardan çox pul oğurlandı

Bakı. Trend:

"Bybit" kriptovalyuta birjası kiberhücuma məruz qalıb,oğurlanmış məbləğ 1,46 milyard dollara çatıb.

Trend-in məlumatına görə, bu barədə "Crypto News" portalı xəbərverib.

Məlumata əsasən, "Bybit" "Ethereum" adlı "soyuq" pulkisələrindən birinin sındırıldığını və ondan 1 milyard dollardançox "Ethereum" (ETH) kriptovalyutası və digər aktivlərinçıxarıldığını bildirdi.

"Soyuq" pul kisəsi istifadəçilərə şəxsi kriptoqrafik açarlarıoflayn, "soyuq" anbarda saxlamağa və onlardan istənilən vaxt onlaynkriptovalyuta əməliyyatları etmək üçün istifadə etməyə imkan verənkiçik fiziki cihazdır.

Bildirilib ki, fevralın 21-də baş verən hücum tarixdə tək birkriptovalyuta birjasına edilən ən böyük kiberhücum ola bilər.Oğurlanmış vəsaitlərin məbləği 2024-cü ildə oğurlanmışkriptovalyutanın ümumi dəyərinin 50%-ni keçib.

Seçilən
17
1
az.trend.az

2Mənbələr