Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ prezidenti Donald Trampı ABŞ-la əlaqələri kəsməklə hədələyib.
Almaniyalı diplomatın bu reaksiyası ABŞ liderinin ukraynalı həmkarı Volodimir Zelenski və Ukrayna-Rusiya münaqişəsi ilə bağlı açıqlamaları fonunda gəlib.
Qeyd edək ki, bundan əvvəl Berbok Trampı Zelenskiyə hücumuna görə tənqid edərək, amerikalı siyasətçinin açıqlamalarının absurd olduğunu deyib.
O,Trampı yalnız “tvit” yazmaqda və real dünyanı görməyə çətinlik çəkməkdə ittiham edib.
//APA