Bitlisdə qarın ağrısı ilə xəstəxanaya aparılan 5 yaşlı uşağın 9 ay əvvəl udduğu sancağın sidik kisəsinin divarına yapışdığı müəyyən edilib.
Bizim.Media milli.az-a istinadla xəbər verir ki, ailəsi əvvəlki müraciətlərdə nəticə almadığı üçün son olaraq Tatvan Dövlət Xəstəxanasına gəlib.
Uşağın rentgenində sidik kisəsinin divarında metal bir əşya olduğu aşkar edilib.
3 santimetr uzunluğundakı sancağın uzun müddət bədəndə qaldığı və sidik kisəsinin divarına yapışdığı məlum olub.
Uşaq Cərrahiyyəsi Mütəxəssisi tərəfindən əməliyyat edilərək sancaq çıxarılıb. Uşağın vəziyyətinin yaxşı olduğu bildirilib.
Dr. Kamçı, kəsici və deşici əşyaların uşaqların çata bilməyəcəyi yerlərdə saxlanması lazım olduğunu vurğulayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta