
“Vladimir Zelenskinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda iştirakına ehtiyac yoxdur”.
Reyting.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna prezidenti son üç il ərzində "görüşlərdə olub" və münaqişəni dayandıra bilməyib.
Tramp əlavə edib: "Düzünü desəm, onun görüşlərdə iştirakının o qədər də vacib olduğunu düşünmürəm. Zelenski Səudiyyə Ərəbistanındakı görüşə dəvət edilmədiyini deyəndə... Mən demək istəyirəm ki, bu, prioritet deyildi, çünki o, indiyədək zəif müzakirəçi olub".
O, həmçinin bildirib ki, ABŞ-nın əvvəlki prezidenti Co Baydenlə Vladimir Zelenski müharibənin qarşısını ala bilərdilər.
"Hər dəfə mən "Rusiyanın günahı deyil",- söyləyəndə, tənqid olunuram. Ancaq bir daha deyirəm: Bayden və Zelenski çoxlu yanlışlıqlar edib. Onlara hücum edən isə daha böyük, daha güclü birisi idi. Ancaq Rusiyanı bu işdən asanlıqla çəkindirmək olar", - deyə Tramp əlavə edib.
E. KAMAL