AZ

ABŞ-da atışma olub, 3 nəfər ölüb

Bir kişinin hadisə yerində, 2 qadının isə xəstəxanada həyatlarını itirdiyi bildirilir.

ABŞ-ın Kentukki ştatının Luivil şəhərində sürücülük vəsiqəsi verən idarənin qarşısında atışma olub. 

Operativ Media xəbər verir ki, hadisə zamanı 3 nəfər öldürülüb.

Bir kişinin hadisə yerində, 2 qadının isə xəstəxanada həyatlarını itirdiyi bildirilir.

Polisin məlumatına görə, atəş açan şəxs və ya şəxslər hadisə yerindən uzaqlaşıblar.

Atışmanın kim tərəfindən törədildiyi və motivi hələlik məlum deyil.

Seçilən
8
4
operativmedia.az

10Mənbələr