AZ

Çevik Polis Alayı qarlı gündə çətin vəziyyətdə olanlara kömək etdi    

Qarlı və şaxtalı hava Bakıda  bir çox xidmət sahələrini sınağa çəkir.

Əlbəttə , şaxtalı və soyuq günlərdə  xidmət etmək digər  vaxtlara  nisbətən daha çətindir. Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis  Alayının əməkdaşları da ,  qeyri- sabit hava şəraitində gücləndirilmiş iş rejimində  çalışmıs və bu gün də çalışır. Heç kimə sirr deyil ki, Çevik Polis Alayının əsas vəzifəsi  cinayətkarlığa qarşı mübarizə aparmaq,  ictimai asayişi qorumaqdır.

Üstəlik də , bütün dövlət tədbirlərində  Çevik Polis Alayının əməkdaşlari iştirakçıların təhlükəsizliyini  yüksək səviyyədə təmin edir.Heç şübhəsiz, onlar xidmətdə  olarkən hər  vətəndaşın hüquqlarını qorumaqla ictimai asayişi təmin edir. Bununla yanaşı,  xidmətin əməkdaşları xəstə və çətin vəziyyətdə olan insanları görərkən onlara arxa durur, kömək edir , hətta  durumu ağır olan insanları xəstəxanaya vaxtında  çatdırlar. Qarlı və şaxtalı gündə  Çevik Polis Alayının əməkdaşları yolda qalan avtomobilin sürücülərinə  yardım edir,  buzlu  yerdə yıxılıb, xəsarət alan insanları qaldırıb  avtomobillə xəstəxanaya  yola salıblar.

Təbii ki, bu da vətəndaşlar  tərəfindən  çox böyük hörmətlə qarşılanır, onların polisə məhəbbəti birəbeş   artır.  Onlar soyuq  və qarlı gündə  bir neçə cinayətkarı  da zərəsizləşdiriblər.

Əlhaddə Çevik Polis Alayının  Bakının Nizami, Xətai, Suraxanı, Binəqədi  rayonlarındakı bölükləri qarlı və şaxtalı havada ictimai asayişi yüksək səviyyədə təmin edib, cinayətkarlığa qarşı yüksək  peşəkarlıq göstərərək öz üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetiriblər. Bununla bərabər, həm də   onlar  qarlı gündə çətin vəziyyətdə olan  insanlara vaxtında  kömək ediblər. Bax, buna görə də   vətəndaşlar Azərbaycan Polisini çox istəyirlər!

Emil Faiqoğlu     

Seçilən
25
adalet.az

1Mənbələr