AZ

ABŞ-da atışma olub, 3 nəfər ölüb

ABŞ-ın Kentukki ştatının Luivil şəhərində sürücülük vəsiqəsi verən idarənin qarşısında atışma olub. AZƏRTAC-ın məlumatına görə, hadisə zamanı 3 nəfər öldürülüb. Bir kişinin hadisə yerində, 2 qadının isə xəstəxanada həyatlarını itirdiyi deyilir.

Polisin məlumatına görə, atəş açan şəxs və ya şəxslər hadisə yerindən uzaqlaşıblar. Atışmanın kim tərəfindən törədildiyi və motivi hələlik məlum deyil.

Seçilən
7
6
yeniazerbaycan.com

7Mənbələr