AZ

Tesla investisiya hesabatlarından sonra Nissan səhmləri 8% artdı

Keçmiş baş nazir Yosihide Suqa və Tesla idarə heyətinin keçmiş üzvü Hiromiçi Mizuno da daxil olmaqla bir qrup yüksək səviyyəli yapon siyasətçiləri və iş adamları elektromobil istehsalçısını Nissana investisiya qoymağa çağırırlar. Bu barədə “Financial Times” mənbələrə istinadən yazır. Bu xəbərdən sonra Nissan-ın səhmləri 8% bahalaşıb.

Finss.az xəbər verir ki, FT mənbələrinin məlumatına görə, layihənin müəllifləri Teslanın Yaponiya şirkətinin ABŞ-dakı fabriklərinə nəzarəti ələ keçirməklə əldə edə biləcəyi üstünlüklərə görə Nissan-ın strateji tərəfdaşına çevriləcəyinə ümid edirlər. FT-yə görə, Nissan son həftələrdə texnologiya şirkətləri arasında strateji tərəfdaş axtarır, Tesla ilə yanaşı Apple-ın da adı çəkilir. Tesla-dan sərmayə almaqla bağlı müzakirələr Nissan-ın Honda və Mitsubishi ilə birləşməsi ilə bağlı danışıqların nəticəsiz başa çatmasından sonra başladı.

Bu arada, bu gün Moody's reytinq agentliyi Nissan-ın kredit reytinqini zibil statusuna - Baa3-dən Ba1-ə endirib, kredit portfelinin zəif və pisləşən perspektivlərini bəyan edib. Moody's öz hesabatında "yeni restrukturizasiya planının həyata keçirilməsi, köhnəlmiş məhsul xəttinin yenilənməsi və qlobal ticarət siyasəti ilə bağlı riskləri" qeyd edib.

Seçilən
13
fins.az

1Mənbələr