Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ-yə təzyiqləri artırmağa çağırıb.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, ABŞ hökumətinə təzyiqlərin artırılması ABŞ-nin Rusiya ilə danışıqları fonunda məntiqlidir.
"Biz amerikalılara təzyiqi artırırıq ki, onlar artıq Avropanın liberal demokratiyalarının tərəfini tutmasalar, itirəcəkləri nələrin olduğunu görsünlər", - deyə Berbok bildirib.