AZ

Ukrayna prezidentliyinə namizədliyini AÇIQLADI

2023-cü ilin noyabrından həbsdə olan Ali Radanın müxalifyönlü deputatı Aleksandr Dubinski Ukrayna prezidenti postuna namizədliyini irəli sürüb.

Sherg.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

"Mən - 1981-ci il təvəllüdlü, Kiyevdən olan Aleksandr Dubinski bəyan edirəm: Ukrayna prezidentliyinə namizədliyimi irəli sürürəm", - deyə o bildirib.

Qeyd edək ki, Dubinksi hazırda Kiyev istintaq təcridxanasındadır. O, dövlətə xəyanətdə ittiham olunur.
Seçilən
18
15
sherg.az

10Mənbələr