AZ

ABŞ və Ukrayna fevralın 22-də müqavilə imzalaya bilər

Vaşinqton və Kiyev fevralın 22-də Ukraynanın təbii ehtiyatlarından istifadəyə dair sazişi imzalaya bilərlər.

APA xəbər verir ki, bu barədə cümə günü “Wall Street Journal” (WSJ) nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ və Ukrayna razılaşmaya yaxınlaşır. Qəzet qeyd edir ki, hələlik yekun razılıq əldə olunmayıb, lakin razılaşmanın şənbə günü imzalanması mümkündür.

Sənədin məzmunu ilə bağlı heç bir məlumat verilmir.
Seçilən
14
10
sherg.az

10Mənbələr