AZ

Biləsuvarda zəncirvari QƏZA: xəsarət alan var

Biləsuvar rayonunda yol-nəqliyyat qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı minik avtomobili sürüşərək, yol kənarına aşıb. Nəticədə sürücü A. Həsənov xəsarət alıb. 

Daha sonra ona köməyə gələn "Niva" markalı minik avtomobili də qəzaya düşüb. Bundan sonra həmin "Niva"nı da başqa avtomobil vurub. Hadisəyə ilkin səbəb kimi qarlı hava şəraiti göstərilir. 

Faktla bağlı araşdırma aparılır. 
(unikal)

Seçilən
0
3
avtosfer.az

4Mənbələr