Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə Yaşayış massivində baş verib. İdarəetmədən çıxan minik avtomobili parka girib. Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.