AZ

Ən dözümlü SUV modelləri - İlk üçlükdə "Toyota" var

Dünyanın ən dözümlü SUV modelləri müəyyən edilib və ilk üç sıranı Yapon markaları tutub.

Milli.Az xəbər verir ki, son illərdə sürücülər arasında populyarlığı artan SUV modelləri üçün aparılan araşdırmada 312 milyondan çox avtomobilin ömrü, təhlükəsizlik sistemləri, texnoloji imkanları və yanacaq sərfiyyatı kimi meyarlar dəyərləndirilib.

ABŞ-nin "iSeeCars" platformasının apardığı təhlilə görə 400 min kilometr məsafəyə çatma ehtimalı ən yüksək olan SUV modeli 36,4 faiz göstərici ilə Toyota Sequoia olub. Siyahıda ikinci yeri 26,8 faiz göstərici ilə Toyota 4Runner, üçüncü yeri isə 25,9 faizlə Toyota Highlander Hybrid tutub. Ümumilikdə ilk onluqda dörd Toyota, iki Honda və bir Lexus modeli yer alıb.

Araşdırmaya əsasən, 400 min kilometrə çatma ehtimalı yüksək olan ən dözümlü 20 SUV modeli belə sıralanır:

Toyota Sequoia - 36.4%
Toyota 4Runner - 26.8%
Toyota Highlander Hybrid - 25.9%
Chevrolet Suburban - 22.0%
Lexus GX - 20.7%
GMC Yukon XL - 17.9%
Chevrolet Tahoe - 17.7%
Honda Pilot - 17.5%
Toyota Highlander - 15.7%
GMC Yukon - 14.6%
Honda CR-V - 13.9%
Ford Expedition - 13.1%
Nissan Pathfinder - 13.0%
Nissan Armada - 12.6%
Mazda CX-9 - 12.4%
Acura MDX - 11.9%
Cadillac Escalade ESV - 11.0%
Toyota RAV4 - 9.6%
Dodge Durango - 8.5%
Subaru Outback - 8.4%

İslam
Milli.Az

Seçilən
1
1
milli.az

10Mənbələr