AZ

Rusiya bayrağı ilə güləşən idmançı cəzalanacaq

U-20 Azərbaycan çempionatında 125 kq çəki dərəcəsində gümüş medal qazanmış sərbəst güləşçi Məhəmməd Qantemirov cəzalanacaq.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, inquş əsilli pəhləvan ilk "3-lüy"ə düşməsinə baxmayaraq, Azərbaycan milli komandasının təlim-məşq toplanışlarına cəlb olunmayacaq. Böyük gələcək vədi ilə milliləşdirilən 18 yaşlı idmançının hərəkəti federasiya rəhbərliyinə xoş olmayıb. Onun məsələsinə İntizam Komitəsində baxılacağı bildirilir.

Qantemirov 2024-cü ildə keçirilən U-17 Avropa çempionatında gümüş, dünya çempionatında isə bürünc medal qazanıb.

Xatırladaq ki, M.Qantemirov U-20 Azərbaycan çempionatında sinəsində Rusiya bayrağı olan triko ilə yarışıb.

Seçilən
3
4
axar.az

6Mənbələr