AZ

Gəncədə qanunsuz tikili sökülüb - VİDEO

Gəncədə
Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb. Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində, Yevlax-Gəncə avtomobil yolunun yaxınlığında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Seçilən
2
39
1news.az

10Mənbələr