AZ

4 həftə okeanda ac-susuz üzən pişik gündəm oldu - FOTOLAR

Xarici KİV bir pişiyin inanılmaz şəkildə sağ qalmasından yazıb. Hollandiyanın Şimali Brabantında bir pişik yük gəmisinin konteynerinə dırmaşaraq anbarda dörd həftə yemək yemədən Atlantik okeanında üzüb. Bu barədə NOS Nieuws məlumat yayıb.


Qeyd edilib ki, dörd həftəlik səyahət zamanı ev heyvanı Hollandiyadan Karib adalarına qədər olan məsafəni qət edib. Səfərin sonunda pişik nəzərəçarpacaq dərəcədə arıqlayıb: "AMC Cargo əməkdaşları onu yalnız son təyinat məntəqəsində, Venesuela sahillərindəki Kurakao adasında konteyneri açan zaman aşkar ediblər".


Səyahətdən sonra ağ-qara rəngdə olan pişik qorxduğu üçün nəqliyyat şirkətinin işçiləri onu qida verməklə qəfəsə salmalı olublar. Bundan sonra o, müalicə aparılan və sahibləri axtarılan Kyuraçao Pişiklər Fondunun əməkdaşlarına təhvil verilib. Onun əvvəllər kiməsə məxsus olub-olmadığı hələ müəyyən edilməyib. Pişiyin üstündə çip yoxdur.

Tural

Seçilən
33
news365.az

1Mənbələr