AZ

TƏBİB Xocalıda minaya düşən şəxsə dair məlumat yaydı

TƏBİB fevralın 21-də  Xocalıda minaya düşən Qarabağ müharibəsi iştirakçısı Nağı İmanovun vəziyyətini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, 1963-cü il təvəllüdlü Nağı İmanovsaat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".

Nağı İmanov Qarabağ müharibəsi iştirakçısıdır, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilib.


Telegram kanalımız
Seçilən
9
11
yenisabah.az

10Mənbələr