AZ

“Azeri Light” bu gün neçəyə satılır?

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,99 ABŞ dolları və ya 2,5% azalaraq 76,9 ABŞ dollarına çatıb.

Qeyd edək ki, ötən gün neftimiz 78,89 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.

"Cebheinfo.az"

Seçilən
9
17
cebheinfo.az

10Mənbələr