AZ

İşləyən vətəndaşların pensiyaları necə artırılacaq? — VİDEO


Bu il yanvarın 1-dən etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. İşləyən vətəndaşların pensiyalarında bu il iki dəfə artım olacağı gözlənilir.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, işləyən vətəndaşların işə başladıqdan sonra 6 ili tamam olarsa, onların pensiyasında artım iki dəfə həyata keçiriləcək. Yəni həmin şəxslərin pensiyası indeksləşdirilərək artırılır.

6 ildən sonra işləyən vətəndaşın fərdi hesabının sığorta hissəsindəki məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır.

Məsələn, əgər vətəndaşın pensiya kapitalı 25 min manatdırsa, həmin rəqəm 72-yə bölünür və alınan məbləğ pensiyaya əlavə olunur. Bu isə imkan verir ki, əmək pensiyası alan və işləməkdə davam edən şəxslər iki dəfə artımlardan istifadə edə bilsinlər. Ümumilikdə isə əmək pensiyası hər il yanvarın 1-də indeksləşdirilir.

Daha ətraflı "Xəzərxəbər"in videomaterialında:
 
Seçilən
1
12
demokrat.az

10Mənbələr