AZ

Holand "Liverpul"a qarşı oynamaya bilər

"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının 26-cı turunda "Liverpul"a qarşı keçirəcəkləri oyunu buraxa bilər.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, bunu "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola deyib: 

"Holandın oynayıb-oynamayacağını hələ də bilmirəm. Sabah öyrənəcəyik. Bəlkə də oynaya biləcək, amma hələlik dəqiq məlumat yoxdur. Bu gün və sabah məşq edəcəyik. Sonra Erlin müayinən keçəcək”.

Qeyd edək ki, “Mançester Siti” - "Liverpul" matçı fevralın 23-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Holand Çempionlar Liqasının pley-off mərhələsinin "Real"la cavab qarşılaşmasında (1:3, ilk oyun - 2:3) oynamayıb. 

 

 

Seçilən
16
3
fanat.az

5Mənbələr