Hazırda ölkə üzrə 64901 müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib və onlardan 55510 nəfərin maaşına əlavələr olunub. Müəllimlərin maaşı onların tədris etdiyi dərs saatlarından birbaşa asılıdır.
Qeyd edək ki, hazırda sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1295 manat, digər uğur qazanan müəllimlərin maaşı isə 980 manat təşkil edir.
Diqqətin "əsas fənlər"ə yönəlməsi özlüyündə təsviri incəsənət, texnologiya, musiqi kimi fənləri tədris edən müəllimlərin biliklərinin yoxlanılmaması onların zəif tədris olunmasına yol aça bilər.
Mövzu ilə bağlı təhsil sahələri üzrə ekspert Elçin Əfəndi Modern.az-a bildirib ki, sertifikasiya imtahanı yaxın 2 ildə bütün fənlər üzrə keçiriləcək:
“2027-ci ilə qədər sertifikasiya imtahanının birinci mərhələsinin yekunlaşdırılması nəzərdə tutulur. Birinci mərhələdə bütün fənlər üzrə ən azı 1 və ya 2 şans imtahanı olacağı gözlənilir. Bundan sonra ilkin proses ümumilikdə yekunlaşacaq. Bura təsviri incəsənət, musiqi, texnologiya, eyni zamanda fiziki təbiyə və çağırışaqədərki hazırlıq kimi fənlər də daxildir. Müvafiq olaraq növbəti ildən artıq bu fənlər də prosesə cəlb olunacaq və sertifikasiya imtahanından keçəcəklər”.
Elçin Əfəndi sözlərinə görə, birmənalı olaraq məktəbdə dərs deyən bütün müəllimlər sertifikasiya imtahanında iştirak etməlidirlər. Bu səbəbdən də gələcək illərdə keçirilən imtahanların nəticələri bütün fənləri əhatə edəcək: “Sertifikasiya imtahanı ilə paralel əvvəlki illərdə diaqnostik qiymətləndirmə aparılırdı. 2026-cı ildə bütün fənlərdən də sertifikasiya imtahanı keçirildikdən sonra artıq texnologiya, təsviri incəsənət, musiqi və digər fənn müəllimlərinin də öz ixtisasları və kurikulum ilə bağlı biliklərin yerində olub-olmaması haqqında məlumatımız olacaq. Ondan sonra digər tədbirlərin alınması nəzərdə tutulur”.
10Mənbələr
-
manset.azBu fənlərin müəllimləri də sertifikasiyaya cəlb olunacaq ( 15638105)
-
demokrat.azBu fənlərin müəllimləri də sertifikasiyaya cəlb olunacaq ( 15637561)
-
modern.azBu fənlərin müəllimləri də sertifikasiyaya cəlb olunacaq ( 15637391)
-
bizim.mediaMusiqi və idman müəllimlərinin NƏZƏRİNƏ: Bu qaydada imtahan VERƏCƏKLƏR ( 15465467)
-
7times.azBu il sertifikasiyaya cəlb olunacaq MÜƏLLİMLƏR ( 15430617)
-
news24.azBu il sertifikasiyaya cəlb olunacaq MÜƏLLİMLƏR ( 15416693)
-
hafta.azBu il sertifikasiyaya cəlb olunacaq MÜƏLLİMLƏR ( 15418531)
-
modern.azBu il sertifikasiyaya cəlb olunacaq MÜƏLLİMLƏR ( 15416157)
-
ikisahil.az2026-cı ilin sonunadək əlavə 40 min müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək - NAZİR ( 15305501)
-
yenilik.azBu il hansı fənlərin müəllimləri sertifikasiyaya cəlb olunacaqlar? - Nazir AÇIQLADI ( 15304673)