AZ

Biləsuvarda həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub

Biləsuvarda arvadını öldürməkdə təqsirləndirilən Anar Məmiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Anar Məmiyev 17 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə rayonun Xırmandalı kəndində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Anar Məmiyev həyat yoldaşı, 1999-cu il təvəllüdlü Sevil Əlilini bıçaqlayaraq qətlə yetirib. Qətli törətdikdən sonra polisə könüllü təslim olub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

 

 

Seçilən
3
12
qaziler.az

10Mənbələr