AZ

“Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib (FOTO)

Bakı. Trend:

19 fevral tarixində NARGIS jurnalı Dohanın Qətər MilliKitabxanasında “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatınıkeçirib.

Tədbirdə Qətər Milli Kitabxanasının prezidenti Dr. Həməd binƏbdüləziz Əl-Kavari, Azərbaycan Respublikasının Qətər Dövlətindəfövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov, Şeyha Vadha AlTani, mədəniyyət nümayəndələri, həmçinin Qətərdəki Azərbaycansəfirliyinin qonaqları və Azərbaycan diasporasının nümayəndələriiştirak ediblər.

“Əlifba: A Cultural Alphabet” kitabı rəngarəngillüstrasiyalardan ibarət olan, həm böyüklər həm də uşaqlar üçünnəzərdə tutulmuş Azərbaycan əlifbasıdır. Azərbaycan əlifbasının hərbir hərfi ölkəmizdə yerləşən memarlıq abidələri, sənət əsərləri,ölkəmizin tarixi ənənələri və folkloru ilə bağlıdır. Hər bir hərfəaid mətn geniş araşdırmalar əsasında yazılıb.

Layihənin ideyası NARGIS jurnalının baş redaktoru və bir çoxunikal yaradıcı layihələrinin müəllifi olan Ülviyyə Mahmuda aiddir.Onun əsas məqsədi Azərbaycan mədəniyyətini dünyada göz önünəgətirməkdir.

Kitab dörd dildə təqdim olunub: ingilis, ərəb, fransız və ispandillərində. Kitabın əsas məqsədi Azərbaycanın tarixini, mədəniirsini və Azərbaycan dilini təbliğ etməkdir.

Təqdimat mərasimində NARGIS jurnalının direktoru MüjganQafarzadə qonaqları salamlayaraq, layihənin tarixindən bəhsetdi.

Təqdimat çərçivəsində “History in Letters” adlı sənədlianimasiya dramı nümayiş olundu. Bu film tamaşaçıları əlifbaprizmasından Azərbaycan mədəniyyəti və tarixi ilə tanış edir. Bu,sadəcə bir sənədli animasiya filmi deyil, həm də tamaşaçınıhəqiqətin kəşfinə və sənətə olan sevginin gücünə sövq edən fəlsəfiaxtarışdır.

Filmin rejissoru Meran İsmayılsoy, ssenari müəllifi AğamehdiAbidov, animasiya rəssamları isə Kənan Şeyxzamanlı və NərgizHeydərdir. İllüstrasiyalar rəssam Orxan Hüseynov tərəfindənhazırlanıb.

Heykəltaraş Teymur Qəribov kitab üçün kristal formasında xüsusialtlıq hazırlamışdır. Tədbir zamanı Ülviyyə Mahmud kristalı ŞeyhaVadha Al Taniyə hədiyyə etdi.

Layihə üçün xüsusi olaraq hazırlanan “Welcome to Baku” adlıinstalyasiya isə rəssam və heykəltaraş Rəşad Ələkbərov tərəfindəntəqdim olundu.

Daha sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdimedildi. Tədbirdən sonra hər bir qonağa kitab, həmçinin NARGISjurnalının fevral buraxılışı, posterlər, açıqcalar, xəritə vəkəlağayı hədiyyə olundu.

Axşam saatlarında isə “Əlifba. A Cultural Alphabet” kitabındatəqdim olunan illüstrasiyaların işıq proyeksiyası Marina Twin Towerbinasının üzərində nümayiş olundu. Beləliklə, şəhərin sakinləri vəqonaqları layihəmizlə vizual olaraq tanış oldular.

“Əlifba: A Cultural Alphabet” layihəsi 2019-cu ildə ilk dəfəİstanbulda, 2024-cü ilin iyun ayında isə Berlində təqdim olunub.2025-ci ildə layihə dünyada daha da genişlənəcək: Dohadan sonrakitab Rabatda, Madriddə, Londonda və digər şəhərlərdə təqdimediləcək.

NARGIS jurnalı baş sponsor PASHA Holding-ə, Qətərdəki AzərbaycanTicarət Korporasiyasına, Azərbaycan Respublikasının QətərdəkiSəfirliyinə tərəfdaşlıq və dəstək göstərdiklərinə görə və Kazunionturizm agentliyinə dərin minnətdarlığını bildirir.

“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
“Əlifba:
Seçilən
21
4
az.trend.az

5Mənbələr