AZ

Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - Yenilənib

Samuxda oğul atasına balta ilə xəsarət yetirib...

Samuxda oğulun atasınına balta ilə xəsarət yetirməsi ilə bağlı rayon Polis Şöbəsində araşdırma başlanıb.

Bu barədə Poliqon-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eqşin Qasımov bildirib.

Qeyd olunub ki, müvafiq ekspertiza təyin edilib, ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

***

APA-nın yerli bürosonun məlumatlna görə, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

 


Fuad
Fuad Nazimoğlu
Samux
xəsarət

Seçilən
18
6
poliqon.info

10Mənbələr