Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayının əvvəlində, müsəlmanlar üçün müqəddəs olan Ramazan ayının ilk günü Suriya səfərinə çıxa bilər.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Doğan Şəntürk məlumat yayıb.
Şəntürk bu barədə məlumatı hakim partiyadan əldə etdiyini bildirib.
Onun sözlərinə görə, Ərdoğan həmçinin Üməyyə məscidində namaz qılacaq.