AZ

ADY: Kəskin hava şəraiti ilə əlaqədar qatarlara tələbat artıb

Kəskin hava şəraiti ilə əlaqədar qatarlara tələbat artıb.

 

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

 

Bildirilib ki, reysə çıxan qatarlar tam doluluqla yola düşüb. Çünki qarlı-şaxtalı hava şəraitində sərnişinlər təhlükəsiz nəqliyyat vasitəsi kimi qatarla səyahətə üstünlük veriblər.

 

Məlumatda qeyd edilib ki, Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarlar, eləcə də, Bakı-Ağstafa istiqamətində tələbata əsasən əlavə qatar da 100% doluluqla yola düşüb.

 

"Sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi üçün hər zaman əlavə tədbirlər görür, tələbatı qarşılamaq üçün reyslərimizi artırır, xidmət keyfiyyətimizi yüksəldirik", - ADY-dən bildirilib.

Tarix: 22 Fevral 2025, 15:44   
Seçilən
25
9
pravda.az

10Mənbələr