AZ

AYNA velosiped parkinqləri üçün 1,1 milyonluq konstruksiyalar alır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) velosipedlərin parklanması üçün konstruksiyalar (quraşdırma daxil) alır.

 

Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı agentlikdə müvafiq işlər start götürüb.

 

Alınacaq konstruksiyaların materialının paslanmayan metal ( nikel) olması və paslanma ilə bağlı 2 illik zəmanət verilməsi əsas şərtlərdəndir.

 

Eyni zamanda, bildirilir ki, hər konstruksiya 4 anker ilə yerə bərkidilməlidir. Bundan başqa, 1 konstruksiyada 5 velosipedin parklanması nəzərdə tutulur (5 yerlik).

 

AYNA sözügedən işlərin icrasının 1,1 milyon manata başa gələcəyini ehtimal edir.

Tarix: 22 Fevral 2025, 15:47   
Seçilən
34
10
pravda.az

10Mənbələr